Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

Rusiyalı alimlərdən unikal kəşf : açıq kosmosda canlı varlıqlar aşar edilib

Beynəlxalq Kosmik Mərkəzin ətrafında dəniz planktonları aşkarlanıb

İnterAz “Russia Today”-ə istinadla bildirir ki, Rusiyalı alimlər unikal kəşf etdiklərini bəyan ediblər.

Belə ki, Beynəlxalq Kosmik Mərkəzin (BKM) xarici səthindəki nümunələri analiz edərkən stansiyanın divar və pencərələrində dəniz canlıları aşkar edilib.

Hüceyrəvi orqanizmə malik dəniz planktonlarının kosmosa necə qalxmaları sual olaraq qalıb.

Beynəlxalq Kosmik Mərkəzin (BKM) Rusiya seqmentinin rəhbəri Vladimir Solovyev bəyan edib ki, sonuncu tədqiqatların nəticəsinə əsaslanaraq deyə bilərik ki, bəzi canlı orqanizmlər BKM-in xaricində də yaşaya bilirlər.

Mərkəz rəhbəri qeyd edib ki, bəzi tədqiqatlara əsasən, bu mikroorqanizmlər hətta ən ekstremal şəraitlərdə belə yaşaya bilirlər. Məsələn, kosmik uçuşlar zamanı, vakum şəraitində, aşağı temperaturlarda, radiasiya və digər mühitlərdə də bu varlıqlar həyatlarını qoruya bilir.
1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı