Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

“Qarabağ” və “Neftçi” bu pley-off mərhələsində meydana çıxır

“Qarabağ” yenidən “Tvente” ilə üz-üzə

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

“Neftçi” ilə yanaşı “Qarabağ” da bu gün meydana çıxacaq.

Ağdam təmsilçisi öz meydanında Hollandiyanın “Tvente” klubunu qıbul edəcək . “Tvente” Qurban Qurbanovun komandası üçün tanış rəqibdir. 2009-cu ildə “Qarabağ” məhz Avroliqanın pley-off mərhələsində o dövrdə Hollandiya çempionu olan “Tvente” ilə qarşılaşıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan komandamız doğma meydanında qolsuz heç-heçə ilə meydanı tərk edib. Bununla da qrup mərhələsinə “Tvente” yüksəlib. Bu mənada “Qarabağ” üçün bugünkü görüşü revanş da adlandırmaq olar.

Qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.

Xatırladaq ki, komandalar arasında cavab matçı bir həftə sonra Hollandiyada keçiriləcək.

21 avqust
21:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya)
Hakimlər: Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


“Neftçi” “Partizan”a qarşı

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Turnirdə təmsilçilərimizdən olan “Neftçi”də bu gün meydana çıxacaq.

Böyükağa Hacıyevin komandası səfərdə Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

21 avqust
23:15. “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan)
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə)
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber