Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

İŞİD-in itkiləri artır

Ənbar vilayətinin Hadisə rayonu üzrə baş məmuru Abdulhakim əl-Cuğeyfi verdiyi açıqlamada, İraq ordusunun İŞİD-ə gözlənilməz əməliyyat təşkil edərək yaratdığı qarşıdurmada terrorçuların bir çoxunun məhv edildiyini bildirib.

Qarşıdurma Hadisə rayonunun Bərvanə qəsəbəsində baş verib. İraq ordusu qüvvələri müşahidə üçün əraziyə çıxan İŞİD-ə hücum edib və nəticədə 17 terrorçu öldürülüb. Onlardan çox sayda partladıcı maddə və döyüş sursatı əldə edilib.

Mosulun şimal-qərbində yerləşən Zamar qəsəbəsində isə ABŞ-ın təşkil etdiyi hava hücumlarında 10 İŞİD-çinin də öldüyü xəbəri yayılıb.

İraqın təhlükəsizlik mənbələri bildirir ki, Diyala bölgəsinə aid Baxibə şəhərindən 35 kilometr uzaqlıqda yerləşən əl-Muqaddim qəsəbəsində ordu qüvvələri ilə İŞİD üzvləri arasında yaranan qarşıdurmada 11 terrorçu, ordudan isə 2 əsgər öldürülüb, 3 əsgər yaralanıb./ans/
1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:48