Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

Qəbirlərin sinə daşları yollara döşənir

O dünyaya köçəndə də halallıq alıb köçürlər. Amma sonradan elə bir hadisə baş verə bilər ki, gəl görəsən. Qəbir əzabı eşitmişdik, qəbir daşlarına əzab verilməsi və onu adi daş parçaları kimi yol əvəzi yerə döşənməsini ilk dəfədir görürük.
Rəsulzadə qəsəbəsi 1-ci Baksol yaşayış massivində yaşayan sakinlər artıq bir neçə gündür vahimə içindədirlər. Onları qorxuya salan daimi istifadə etdikləri yola qəbir daşlarının tökülməsidir. Açığı? yol kənarındakı qəbir daşlarını görüb vahimələnməmək mümkün deyil. Üzərindəki yazıları oxumaq çətin olsa da amma şəkillər çox şey deyirdi. Daşlardan birinin üzərində qadın və kişi şəkli əks olunmuşduki bu da onların bir ailənin üzvü olmasından xəbər verirdi. Digər bir məzar daşının üzərində orta yaşlı kişi şəkli var idi. Qəsəbə sakinləri yola tökülən daşların məzar daşı olmasından iki gün əvvəl xəbər tutublar.
Deyilənə görə, bir ay bundan əvvəl massivə su xətti çəkilib. Sonra əraziyə təmir məqsədilə iri daşlar tökülüb. Yağışın yağması nəticəsində daşların üzəri yuyulub. Daşların məzar daşı olması isə bundan sonra məlum olub.
Binəqədi Rayon İcra Hakimiyyətindən bildirdilərki məzar daşları icra hakimiyyəti tərəfindən tökülməyib. Başdaşların kim tərəfindən, haradan gətirilib əraziyə tökülməsi sabah aydınlaşdırılacaq. /Anstv/
2085 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26
Qulları