Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

Amerikalı jurnalistin başını kəsən İŞİD-çi ingilis imiş

İngiltərənin baş naziri Devid Kemeron amerikalı jurnalist Ceyms Foulinin başını kəsən İŞİD-çinin britaniyalı ola biləcəyini bəyan edib.

Baş nazir deyib: “Biz videodakı qatilin şəxsiyyətini hələ müəyyən eləməmişik. Ancaq onun Böyük Britaniya vətəndaşı olması ehtimalı artır”.

Məlum olduğu kimi, baş nazir edam haqda video yayılan kimi tətilini yarımçıq qoyaraq Londona qayıdıb.

Az öncə İngiltərə KİV-də belə bir informasiya yayılıb ki, videodakı İŞİD-şi qatil Britaniya ləhcəsi ilə danışır. Britaniya xüsusi xidməti artıq səsi təyin edən xüsusi avadanlıq vasitəsilə quldurun şəxsiyyətinin müəyyən edilməsi üzərində işə başlayıblar. Xüsusi texnika həmçinin, bu adamın harada böyüdüyünü müəyyən edə bilər./Musavat/
1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP