Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

Səhiyyə Nazirliyində müdhiş oğurluq

Qurumun İnnovasiya və Tibbi Təchizat anbarından 9 milyon manatlıq ilan zəhəri «yox»a çıxıb

Səhiyyə Nazirliyinin Innovasiya və Tibbi Təchizat anbarından qurumun balansında olan 195 kiloqram ilan zəhəri oğurlanıb. Bu məlumat vaxtilə səhiyyə sistemində çalışmış şəxslərdən birinin redaksiyamıza ünvanladığı müraciətdə əksini tapıb.
Hələlik adını açıqlamadığımız bu şəxsin sözlərinə görə, qara bazarda ilan zəhərinin 1 qramı 5000 manatdır. Bu isə o deməkdir ki, Innovasiya və Tibbi Təchizat anbarından oğurlanan ilan zəhərinin ümumi dəyəri 9 milyon manatdan artıqdır. Mənbənin iddiaların görə, saxta sənədlərlə bu məsələ ört-basdır edilib.
Qeyd edək ki, həmin şəxsin müraciəti bir neçə gün əvvəl redaksiyamıza daxil olub. Bu bir neçə gündə onun dedikləri ilə bağlı Səhiyyə Nazirliyinin rəsmi mövqeyini öyrənməyə çalışmışıq. Lakin dəfələrlə qurumun mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin mobil telefonuna zəng vursaq da, telefonu qapalı olub. Bununla belə məlumatla bağlı Səhiyyə Nazirliyi hər hansı fikir bildirmək istəsə dərc etməyə hazırıq./azadlıq/
1146 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...