Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

Müsavatda qalmaqal?

Avqustun 18-də Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası keçirilib. “Bizim Yol”un xəbərinə görə, iclas əvvəldən sona qədər qalmaqalla keçib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad Ibadoğlu arasında qalmaqal xeyli böyüyüb.

A.Hacılı Q.Ibadoğlunu “Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?” deyə ittiham edib. Q.Ibadoğlu isə “sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm” cavabını verib. Bundan sonra A.Hacılı Q.Ibadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar.

Daha sonra Tural Abbaslı Isa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə “bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin” cavabını verib.

Vurğun Əyyub isə I.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: “Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o məhv olacaq”. Buna cavabında I.Qəmbər “Quran” çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın.

Sonda Arif Hacılının “başqan olmasam, partiyanı dağıdacam” hədəsi yenidən qalmaqala səbəb olub.

Məsələ ilə bağlı Qafqazinfo-ya açıqlama verən Arif Hacılı bildirib ki, bu, tamamilə əsassız xəbərdir: “Müsavat Partiyasının Divan iclasında və ya hər hansı bir toplantısında bu səviyyədə müzakirələr aparıla bilməz. Belə müzakirələr həmin xəbəri yayanların səviyyəsinə uyğundur”.

Tural Abbaslı da açıqlamasında xəbərin tamamilə uydurma olduğunu bildirib: “Müsavatda bu səviyyədə iclaslar heç vaxt olmayıb. Ola bilsin ki, iclas daxilində Hüseyn Məliklə bağlı hər hansı fikir səsləndirilib. Amma başqanı ittiham etmək xəbəri uydurmadır. Müşavirləri təyin etmək başqanın səlahiyyətindədir. O ki qaldı namizədlər arasında yayılan xəbərə, bu da əsassızdır. Ola bilər ki, hər hansı texniki bir məsələdə fikirlər üst-üstə düşməsin. Amma bu o demək deyil ki, onlar bir-birinə qarşı belə ifadələr işlədiblər. Kiçik bir məlumat ətrafında uydurma, əsassız və şişirdilmiş bir xəbər yazıblar”.

Vurğun Əyyub isə “Facebook” səhifəsində yazıya belə reaksiya verib: “Indicə Müsavatda ”baş vermiş" dava haqqında yalanla tanış oldum. Necə də istedadsızdırlar! Yalanı da abırlı şəkildə uydura bilmirlər!"./azadlıq/
1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi