Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

Rusiya yeni S-500-lərini Moskvaya yerləşdirdi

S-500 zenit-raket sistemlərinin ilk komplekti Moskva və Rusiyanın mərkəzini qoruyacaq.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Hava Hücumundan Müdafiə qoşunlarının komandanı general polkovnik Andrey Demin bildirib.

“Əminəm ki, son hazırlıq və sınaqlardan sonra S-500 raketlərinin ilk komplekti Moskva və Rusiyanın mərkəzini qorumaq üçün silahlanmaya daxil ediləcək”, - Demin bildirib.

Hazırda isə Rusiya ordusu Həştərxan vilayətinin Aşuluk poliqonunda S-300 və S-400 zenit-raket komplekslərinin də daxil edildiyi irimiqyaslı hərbi təlimlərə start verib./axar/
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber