Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

Nyu-Yorkda Fələstinin böyük ölçülü bayrağı asılıb

Nyu-Yorkun mərkəzində fəallar İst-River çayının üzərindəki Manhetten körpüsündən İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti olaraq, Fələstin dövlətinin böyük ölçülü bayrağını asıblar.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bayraq polislərin onu götürməsinə qədər - təxminən yarım saat orada qalıb.

Bildirək ki, bayrağın üzərindəki qara, ağ, yaşıl və qırmızı rənglərdə aşağıdakı sözlər yazılıb: “Qəzza bizim ürəklərimizdədir, boykot, özününküləşdirmə, sanksiyalar”

Şəhər rəhbərliyinin məlumatına əsasən, bundan əvvəl Nyu-Yorkda yüzlərlə nümayişçi İsrail hökumətinin Qəzzadakı fəaliyyətinə etiraz əlaməti olaraq, yürüş təşkil edib.

Nümayişlər Manhetten körpüsü yaxınlığında yerləşən Bruklin körpüsündə də keçirilib. Etirazçılar əllərində Fələstinin lehinə şüarlar yazılmış plakatlar tutublar, müharibə əleyhinə şüarlar səsləndiriblər./SalamNews/


1060 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP