Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

Bakıda 27 yaşlı qız intihar edib

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Bu barədə Xətai rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə rayon ərazisində ötən gecə baş verib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdü Qəmər Hacıyeva özünü yaşadığı binadan ataraq ölüb. Onun intihar etməsinin səbəbləri məlum deyil. Məlumata görə, Qəmər Hacıyeva intihar etməmişdən əvvəl ailə üzvləri ilə birlikdə yaxın qohumlarından birinin toy mərasimində iştirak edib. Toydan qayıdan 27 yaşlı qız intihar edib./teleqraf/
1132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51