Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

Araz Quliyev və iki hicab məhbusu hələ də “kars”dadır

Araz Quliyev və iki hicab məhbusu - Ramil Vəliyev ilə İlham Hətəmov hələ də "kars"da saxlanılır.

Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, Ramazan ayı ərəfəsində 14 saylı Cəzaçəkmə Müəssisəsində vəhhabilərlə İslamçı məhbuslar arasında yaranan insidentdən sonra təsisçi-baş redaktor Araz Quliyev və hicab məhbusları - Ramil Vəliyev ilə İlham Hətəmov 12 gün müddətinə "kars"a (cərimə təcridxanasına) salınmışdı.

İyul ayından cərimə təcridxanasına salınan İslamçı məhbuslar avqust ayının əvvəllərində cərimə təcridxanasından azad edilməli idilər. Lakin hələ də Araz Quliyev və iki hicab məhbusu "kars"dan azad edilməyib. İslamçı məhbuslar daha 2 aylıq müddətinə cərimə təcridxanasına salınıblar.

Qeyd edək ki, Araz Quliyev 8 il, Ramil Vəliyev 6 il 6 ay, İlham Hətəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber