Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

"Mazandaran pələngi” azərbaycanlılara salam göndərib

“Mazandaran pələngi” filminin (İran, 1968-ci il) baş qəhrəmanı, Azərbaycana xüsusi məhəbbət bəsləyən, sərbəst güləş üzrə dünya çempionu İmaməli Həbibi hazırda xəstə yatır.

İmaməli Həbibinin dostu, Bakının Buzovna qəsəbəsindəki Cümə məscidinin axundu Hacı Soltan Əlizadənin SalamNews-a verdiyi məlumata görə, onlar tez-tez telefon əlaqəsi saxlayırlar. Son telefon zəngi zamanı Həbibi Hacı Soltana hazırda xəstəxnadan çıxdığını, vəziyyətinin normal olduğunu bildirib.O, ölkəmizin durumu ilə maraqlanıb və bütün azərbaycanlılara salamını çatdırmağı xahiş edib.

İmaməli Həbibi 1931-ci il may ayının 13-də Mazandaran vilayətinin Babol şəhərində dünyaya gəlib. Sərbəst güləş üzrə dünya çempionu onun haqqında çəkilmiş “Mazandaran pələngi” kino lentində öz rolunu ifa edib.

İ.Həbibi 1956- ci ildən başlayaraq dünya, Avropa güləş yarışlarında dəfələrlə çempion titulu qazanıb və qızıl medallara layiq görülüb.

84 yaşlı çempion hazırda Mazandaranın Qaimşəhr adlı şəhərində yaşayır və evində müalicə olunur.
1205 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber