Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

“Əl-Nusra” terror cəbhəsini maliyyələşdirən şəxs tutulub

Küveyt vətəndaşı Fəhd əl-Əcmi hava limanında yaxalanıb

İnterAz ərəb mediasına istinadən xəbər verir ki, “əl-Qaidə” terror qruplaşmasına bağlı “əl-Nusra” cəbhəsini maliyyələşdirən şəxslərdən biri Kuveyt polisi tərəfindən tutulub.

Bu barədə “Twitter” sosial şəbəkəsində məlumat paylaşılıb. Həccac ibn Fəhd əl-Əcmi Suriyada orduya qarşı vuruşan “əl-Nusra” terror cəbhəsini maliyyələşdirən əsas sima hesab olunur.

26 yaşlı əl-Əcmi Kuveyt hava limanında həbs edilib.

Bildirək ki, BMT Təhlükəsizlik Şurası ötən həftə əl-Əcmi və digər 5 şəxsi “əl-Qaidə”nin sanksiya siyahısına daxil edib. Onlara səyahət və bank hesablarının dondurulmasıyla bağlı embarqo tətbiq edilib. Adları siyahıya düşən şəxslər ekstremist qruplara pul, döyüşçü və silah ötürməkdə ittiham edilir.
1037 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber