Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

Yəməndə minlərlə Husi tərəfdarı silaha sarılaraq paytaxta toplaşıb

Etirazçılar hökumətin istefasını tələb edir

İnterAz “Dailystar”-a istinadən bildirir ki, Yəməndə Husi tərəfdarı olan minlərlə silahlı sakin paytaxt Səna şəhərində toplaşaraq hökumətin istefasını tələb edirlər.

Bildirək ki, zeydi təriqətinə mənsub dəstələr ötən on illik ərzində ölkənin şimalındakı dağlıq ərazilərdə hökumət qoşunlarına qarşı davamlı silahlı mübarizə aparıb.

Ekspertlərin fikrincə, etirazçılar indiki şəraitdə, Yəməndə formalaşdırılacaq yeni federal hökumətin tərkibində daha böyük hüquqlar tələb etmək əzmindədir.

Qeyd edək ki, zeydi şiələr Yəməndə azlıq hesab olunsa da, ölkənin şimalında, Səna bölgəsində əhalinin əksəriyyətini təşkil edir.

Artıq, etirazçılar qaldırıcı kranlar vasitəsilə paytaxtda möhkəmləndikləri ərazilər boyunca hündür divarlar və bariyerlər qurublar. Onlar tələblərinin yerinə yetirilməsi üçün hökumətə sabaha qədər vaxt veriblər.
1052 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
17.01.17, 15:34
“Qu