Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2014

Kolluqda çürümüş meyit tapılıb

Cəlilabadda naməlum kişi meyiti tapılıb.

Şəhərin Qurtuluş küçəsindəki Şadlıq sarayının arxasındakı kolluqda olan meyit ərazidə yaşayan sakinlər tərəfindən aşkar olunub. Bu barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına xəbər verilib.

Araşdırmalardan sonra məlum olub ki, dünyasını dəyişmiş şəxs Cəlilabad şəhəri Cavanşir küçəsinin sakini, 50 yaşlı Abas Fazil oğlu Məmmədovdur. Meyit uzun müddət kolluqda qaldığından çürüyərək tanımaz hala düşüb. Mərhumun yaxınları onu əynindəki paltarından tanıya biliblər.

Qeyd edək ki, A. Məmmədov ailəli olub, lakin içki düşkünü olduğu üçün bir müddət əvvəl ailəsindən ayrılıb və səfil həyat tərzi sürüb.

İkin ehtimallara görə, onun ölümünə də məhz normadan artıq içkini qəbul etməsi səbəb olub./apa/
1108 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı