Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2014

Parisdən Karen bəyanatı

Fransa Xarici İşlər Nazirliyi Azərbaycan ərazisində əsir düşən və qəflətən ölən erməni diversant Karen Petrosyan haqqında bəyanat yayıb.

XİN-in mətbuat katibi Romen Nadal bildirib ki, Fransa Karen Petrosyanın ölümünə görə dərin narahatlıq hissi keçirib.

"Fransa Karen Petrosyanın ailəsinə baş sağlığı verir. Biz Azərbaycanı onun ölüm səbəbini aydınlaşdırmağa və meyitini qaytarmağa çağırırıq", - deyə Nadal bildirib.

Erməni diversantın ölümünə görə narahat olan Fransa Kəlbəcərə valideynlərinin qəbrini ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilər tərəfindən girov götürülməsinə və Həsən Həsənovun öldürülməsinə heç bir reaksiya verməyib. Bu günə qədər Fransa sadə Azərbaycan vətəndaşı Həsən Həsənovun ölüm səbəblərinin aydınlaşdırılması, onun cəsədinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistana çağırış etməyib./ans/
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 09:14