Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2014

Naxçıvanda QHT ofisinə hücum: İlqar Nəsibov ölümcül döyüldü

Avqustun 22-də axşamdan xeyli keçmiş bir qrup naməlum şəxs Naxçıvanda Qeyri Hökumət Təşkilatlarının və Demokratiyanın İnkişaf Mərkəzinə hücum edib.

Hücum edən şəxslər mərkəzin əməkdaşı İlqar Nəsibovu qəddarcasına döyüb və ofisi dağıdıb.

Mərkəzin direktoru, İ.Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova "Amerikanın Səsi"nə bildirib ki, naməlum şəxslər İlqarı guya problemləri barədə müraciət edəcəkləri adı ilə mərkəzə dəvət edib.

“İlqar mərkəzə çatan kimi ona hücum ediblər. O çoxlu qan itirib və huşsuz vəziyyətdədir, çoxsaylı xəsarətlər yetirilib”.

M.Nəsibovanın sözlərinə görə İ.Nəsibov hazırda xəstəxanadadır. “Onun baş və sifət nahiyyəsinə çoxsaylı tikişlər qoyulub. Bədəni və sifəti qan içindədir. Çoxsaylı yaralar var. İndiki anda baş nahiyyəsini müayinədən keçirirlər. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyyəsində almacıq sümükləri iki tərəfdən sınıb, beyin sümüyündə çatlar var”.

Hücumun səbəbi bəlli deyil. Amma böyük ehtimalla söyləmək olar ki, bu hadisə Azərbaycanda son dövr vətəndaş cəmiyyətinə başlanılan repressiv kampaniyanın tərkib hissəsidir.

M.Nəsibovanın sözlərinə görə prokurorluq və polis orqanları araşdırmaya başlayıb.

Resurs mərkəzi Naxçıvanda yeganə müstəqil QHT-dir.

Məlahət və İlqar Nəsibovalar dəfələrlə hədələrə və fiziki təzyiqlərə məruz qalıblar. /musavat/
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21
Dolların məzə