Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

Pele: “Qızıl top” Messi və ya Ronaldoya verilməlidir”

“Yaxşı futbolçular çoxdur. Ancaq “Qızıl top” Lionel Messi və ya Kriştianu Ronaldoya verilməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya futbolunun canlı əfsanəsi Pele deyib.

Hazırda “Qızıl top” mükafatına 3 real namizəd var - Lionel Messi, Kriştianu Ronaldo və Frank Riberi.

Lakin argentinalı ilə portuqaliyalı ulduzları daha şanslı sayan “Futbol kral”ı həmyerlisi Neymarın hələ onların səviyyəsində olmadığını söyləyib: “Düşünürəm ki, Neymar dünyada ən yaxşı oyunçu ola bilər. Lakin elə futbolçular var ki, onu 4-5 il qabaqlayır, Messi onlardan biridir. Neymarın “Barselona”nın simvoluna çevrilib-çevrilməyəcəyini bilmirəm. O, dünyanın ən perspektivli hücumçularından biridir. Baxmayaraq ki, onda Messi və Ronaldonun təcrübəsi yoxdur”.

Qeyd edək ki, son 4 ildə Lionel Messi dünyanın ən yaxşısı adına layiq görülüb. Mükafatın sahibi yığmaların baş məşqçilərinin və kapitanlarının, habelə jurnalistlərin səslərinin nəticələrinə əsasən müəyyənləşəcək.

Qalibin adı gələn il yanvarın 13-də bəlli olacaq.
1951 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:13