Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2014

Suriyada ölənlərin sayı açıqlandı

Son bir il ərzində ölənlərin sayı müharibənin ilk 2 ilində ölənlərlə müqayisədə 2 dəfə çoxdur

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyadakı vətəndaş müharibəsində ölənlərin sayını açıqlayıb. “Reuters” agentliyi üç ildən çoxdur ki, davam edən vətəndaş müharibəsində 191 min nəfərdən çox insanın öldüyünü yazıb.

BMT insan haqları komissiyasının direktoru Navi Pillay açıqlamasında rəqəmlərin Suriyada fəaliyyət göstərən 4 fərqli insan haqları təşkilatından alındığını bildirib: “Rəqəmlər onu göstərir ki, son bir il ərzində ölənlərin sayı müharibənin ilk iki ilində ölənlərlə müqayisədə 2 dəfə çoxdur”.

N.Pillay ölənlərin 191 mindən çox olmasını da istisna etməyib.

Məlumata görə, ən çox itki verən paytaxt Dəməşqdir. Dəməşqdəki döyüşlərdə təxminən 40 min nəfər həyatını itirib.
1003 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber