Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

400 silahlı Əsədə təslim olub

Dəməşqdə 400 silahlı ordu qüvvələrinə təslim olublar

İnterAz-ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, son sutkada Dəməşqin Şərqi-Quta bölgəsində müxalifətin “Paytaxtın Müdafiəsi” qruplaşmasının 400-dən artıq silahlısı ordu qüvvələrinə təslim olublar. Məlumata əsasən, sözügedən bölgədə müxalifət silahlılarının son məğlubiyyətlərinin əsas səbəbi yerli sakinlərin hökümət ordusu qüvvələri ilə həmkarlıq etməsi olub.

Qarşıdurmalar digər əyalətlərdə də davam edib. Əl-cəzirə bildirir ki, Hələbin “Qədimi Hələb” rayonunda Uməvi məscidi ətrafında gedən döyüşlərdə hökümət ordusunun 30 əsgəri ölüb. Hələbin əs-Səfirə rayonu ətrafında yerləşən qəsəbələrdə ordu qüvvələrinin əməliyyatları davam edir.

Hümsün (mərkəz) əs-Sabitiyyə qəsəbəsində minalanmış maşının partlaması nəticəsində 6 nəfər həlak olub və 40 nəfər yaralanıb.

Suriya-Türkiyə sərhəddində Rəsul-Eyn şəhərinin 19 kəndi kürdlərin xalq müdafiə bölmələrinin əlinə keçib.

Bu arada BMT Suriya vətəndaş müharibəsi nəticəsində evlərini tərk etmış qaçqınların sayının 6,5 milyona çatdığını bəyan edib.
1843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber