Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2014

"Milli Parkın fahişəxanalara çevrilməyinin dərdinə-azarına qalın”

“Guya hər yarağımız düzəlmişdi..."
Eldəniz Quliyev: “Qalırsınız Milli Parkın fahişəxanalara çevrilməyinin dərdinə-azarına qalın də...”

Yas mərasilərində ehsanın verilməsinə qoyulan qadağa cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə də bəzi ziyalılar bunu hökumətin lüzumsuz addımlarından biri kimi qiymətləndirilib. Onlar hesab edir ki, son dərəcədə ciddi problemlərin mövcud olduğu Azərbaycanda hökumətin ehsan məsələsi üzərində baş sındırması gülüncdür.
Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev baş verənlərin son dərəcə məntiqsiz olduğunu vurğuladı:
“Belə qadağa qoyansınızsa şadlıq saraylarındakı özbaşınalığa, səs-küyə, soyğunçuluğa, anti sanitariyaya qoyun də bu qadağanızı! Şəhəri başına almış gecə barlarının, saunaların, Milli parkın fahişəxanalara çevrilməyinin dərdinə-azarına qalın də! Yığışdırmaqdır,- bacarırsınızsa elə toy mərasimlərindən,bahalı kafe-restoranlardan, istirahət mərkəzlərindən yığışdırın də, bu israfçılığı! Kimsə əhd eləyib ki, dədəsinin-nənəsinin ehsanında xurmanın yanına bir nəlbəki halva, ya bir stəkan çayın yanına üç dilim limon qoysun,- bunu necə yasaqlayacaqsınız?.. Yaxud, yas yiyəsi uzaq yoldan gəlmiş tanış-bilişinin, qohum-əqrabasının qabağına bir kasa küftə- bozbaş qoyacaqsa buna kim və necə mane ola biləcək,hə? Ən əsası: bütün bunların hökumətə nə dəxli, yəni nə isti-soyuğu var axı - anlaya bilmirəm. Görən, şanlı-şöhrətli hökumətimiz saqqal darağına bənzər bu populist qərarla yenə nə məqsəd güdür?..”
1048 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30