Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2014

Statistika Komitəsi ARDNŞ-in qazlaşdırma siyasətini ifşa etdi

Dövlət Statistika Komitəsi Azərbaycanda alternativ enerji mənbələrindən biri kimi odundan istifadənin artdığını bildirir.

Komitənin açıqladığı rəqəmlərə görə, 2013-cü ildə ölkədə energetika məqsədləri ilə 202,9 min ton odundan istifadə olunub. Hansı ki, 2012-ci ildə bu rəqəm 194,6 min ton, 2009-cu ildə isə cəmi 144,8 min ton təşkil edirdi.

Azərbaycanda odun əsasən alternativ enerji mənbəyi olaraq təbii qaz olmayan bölgələrdə yanacaq kimi istifadə olunur və bu baxımdan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər ziddiyyətli mənzərə yaradır: əgər ölkədə qazlaşdırma səviyyəsi ildən-ilə artırsa, o zaman odundan istifadə niyə azalmır, əksinə, artır?

Bu, ancaq bir halda mümkün ola bilər: ölkədə 2009-cu ildən bu yana qazlaşdırma ümumiyyətlə getmir, yaxud ARDNŞ bölgələrin qazlaşdırılması işlərini dayandırıb. Həmin vaxtdan etibarən odundan istifadənin artması isə əhali artımı, bölgələrdə turizm obyektlərinin artması və belə obyektlərin qızdırılması üçün odundan istifadə ilə izah oluna bilər./virtualaz/
824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı