Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2014

İraq ordusu iki rayonu geri almaq üçün əməliyyat keçirir

Kürd “Peşmərgə” döyüşçüləri rayonlardan birini “İslam Dövləti” (İŞİD) – dən geri alıb

İraq hökumət qüvvələri və kürd “Peşmərgə” döyüşçüləri bu gün ölkənin şimalında “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının işğalı altında olan iki rayonu azad etmək üçün əməliyyat keçiriblər.

İnterAz “Reuters”-ə istinadla bildirir ki, bu barədə İraq təhlükəsizlik qüvvələri məlumat yayıb.

Havadan ABŞ-ın hərbi təyyarələrilə dəstəklənən kürd döyüşçüləri Calaula regionunun girişindəki rayonlardan birini tutmağa müvvəffəq olublar.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, İraq qırıcı təyyarələrinin müşayiətilə hərəkət edən İraq ordu qüvvələri isə Səədiyyə rayonunun yaxınlığındakı rayonlardan birində hərbi əməliyyatlar təşkil edib.

Bildirək ki, hər iki rayon yarımmuxtar Kürdüstan ərazisində - İran sərhədlərinin yaxınlığında yerləşir.
1013 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi