Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2014

Əlixan Musayevin brilliant alverində cinayət izi

Xəvariclərin başçısı Əl-Qaidənin Azərbaycanda təbliği üçün kuveytli milyonerdən 500 min dollar alıb

Azərbaycan xəvariclərinin dolanışığı həmişə sual doğurub. Çünki heç bir rəsmi işi-gücü olmayan, ancaq bahalı xarici maşınlarda gəzən və buna baxmayaraq Azərbaycanı bəyənməyən bu şəxslərin maliyyə qaynaqları çox maraqlıdır. Bu barədə müxtəlif versiyalar irəli sürülüb. Daxil olan məlumat isə bu günə qədər bilinməyənləri aydınladır.
Məlum olur ki, niyə xəvariclərin ideoloji lideri Əlixan Musayev Azərbaycanı təkfir etdiyi halda ölkədə necə keçinir. Məlumatda deyilir ki, Əlixan Musayev və tərəfdarları ölkədə ciddi brilliant biznesi ilə məşğuldurlar. Maliyyəni isə Suriyadakı savaşın sponsorlarından birindən alır.
Məlumatda qeyd olunur ki, Əlixan Musayevin sponsoru Suriyadakı terrorçulara maliyyə ayıran Nabil əl İvadi adlı kuveytli milyonerdir. Suriyada İŞİD və Ən-Nusraya yardım etdiyinə görə, Kuveyt dövləti tərəfindən vətəndaşlıqdan məhrum edilən Nabil əl İvadi bu gün də əl-Qaidənin Suriya qanadı olan əl-Nusranın əsas sponsorlarından biridir.
Azərbaycanda Əl-Qaidə təbliğatının aparılması və Suriyaya mücahid göndərilməsi üçün Əlixan Musayev bu şəxsdən bir neçə səfərdə toplam 500 min dollardan çox pul alıb. Lakin o pulun Azərbaycana soxulması təhlükəli olduğundan Ə.Musayev həmin pulu Dubayda biznesə yatırıb. O pulla xeyli miqdarda brilliant alan Əlixan Musayev yaxın dostları ilə birlikdə həmin brilliantları gizli şəkildə Azərbaycana keçirib.
Bu barədə məlumat verən mənbə bildirir ki, Əlixan Musayev bu il Ramazan öncəsi də Kuveytdə olub və son 100 min ABŞ dollarını da əl İvadidən aldıqdan sonra o pula xeyli sayda almaz alıb.
Mənbənin iddiasına görə, kağıza bükdükdən sonra yapışdırıcı ilə sarınan brilliantlar bədənin müxtəlif nahiyyələrinə bağlandığı və ya alt paltarının içərisindən gizli ciblər tikib, oraya yerləşdirildiyi zaman aparatların onu tutmaq imkanı yoxdur. Nəzərə alsaq ki, ölkəyə giriş zamanı o qədər ciddi yoxlanılma olnur, sadəcə çantalara nəzarət edilir, o zaman Ə.Musayevin bu yolu seçə biləcəyinə inam artır.
Mənbəmiz qeyd edir ki, son səfəri zamanı əslində Əlixan Musayevlə birlikdə gələn gənc yaxalanıb. Ə.Musayev isə cəld tərpənərək, onu heç tanımırmış kimi ayrılaraq, gedib. Belə ki, almazların əksəriyyəti özündə olduğundan, yaxalanan brilliantlar üçün risk etməyib. Alt paltarına tikilən cibdə üzə çıxan brilliantlar tam təsadüf nəticəsində üzə çıxıb. Daha doğrusu həmin gəncin özünü şübhəli aparması brilliantların tapılmasına səbəb olub.
Deyilənə görə, eyni şəkildə Əlixan Musayev neçə ildən bəri brilliant satışı etməkdədir. Bakıda özünə yaxın zərgərlər vasitəsi ilə o brilliantları “əridən” xəvaric lider bunu inkar edəcəyi təqdirdə onunla zamanında bu işi görən şəxslərin üzə çıxacağı da bildirilir. Qeyd olunur ki, bəzən ağzında bahalı daşı gömrükdən gizlin keçirən Əlixan Musayev o pulu daha çox təkfirçilyin inkişafına xərcləyir.
Məlumatda o da deyilir ki, hazırda brilliant məsələsinə görə, haqqında cinayət işi açılan şəxs danışacağı təqdirdə, Əlixan Musayevdən keçmişdə istifadə edən, hazırda da yenidən yanına çəkən məşhur şəxs də qurtara bilməyəcək. Əlixan Musayev də ciddi cəhdlə o gəncin danışmamasına çalışır./azerinfo/
993 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28