Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2014

Propolisin (arı yapışqanı) nadir xüsusiyyətləri

Bütün digər arı məhsulları kimi, bu maddə də çox nadir xüsusiyyətlərinə malikdir.

Propolisi istehsal etmək üçün arılar ağacların tumurcuqlarından damcılarla şirə yığır və bu şirəni öz fermentləri ilə zənginləşdirirlər.
Arı pətəyində bu maddə çox vacib funksiyaları yerinə yetirir. Məhz propolisə görə arı pətəyində olan mühit tam sterildir - orada mikroorqanizmlər (bakteriyalar, viruslar, göbələklər, birhüceyrəlilər və s.), praktik olaraq, yoxdur. Bu alimlərin çoxsaylı tədqiqatları zamanı dəqiq sübut olunub. Arılar propolislə pətəyin çatlarını və şanıları qapayır ki, ora xarici mühitdən zərərli mikroorqanizmlər düşməsin.
Propolis insan orqanizminin bir çox orqan və sistemlərinə müsbət təsir edir. Propolis çox yüksək bakterisid (bakteriyaları öldürən) və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Propolis bir çox ziyanlı bakteriyaları və virusları öldürür və ya onların çoxalmasını dayandırır. Bu virus və bakteriyaların arasında - kokklar (streptokokklar, stafilokokklar və s.), qrip və herpes virusları, vərəm çöpü, kandida göbələyi və s.
Propolisi təbii antibiotik adlandırmaq olar. Lakin adi antibiotiklərlə müqayisədə propolisin heç bir yanaşı təsiri yoxdur, propolis orqanizmin öz xeyirli mikroflorasını öldürmür və immunitetin zəiflənməsinə gətirib çıxartmır.
Əksinə olaraq propolis insanın immun sistemini möhkəmləndirir, disbakteriozla mübarizə edir.
Propolis bəzi antibiotiklərlə birlikdə müalicə zamanı istifadə oluna bilər. Bu zaman propolis antibiotiklərin təsirini artırır və eyni zamanda immunitetin zəiflənməsinə və bağırsaqların xeyirli mikroflorasının məhv olmasına imkan vermir.
Tonzilollit (o cümlədən, xroniki tonzillit), bağırsaq infeksiyaları zamanı propolis çox yaxşı müalicəvi təsir edir. Tonzillit zamanı propolis dəmləmələri (1 çay qaşığı propolis + 1 stəkan qaynar su, propolisi dəmləmədən əvvəl sürtgəcdən keçirin) qarqara şəklində istifadə olunur. Bundan əlavə xəstə propolisin kiçik bir tikəsini ağzında çeynəyə və sümürə bilər.
Xroniki tonzillit zamanı propolis çox təsirli profilaktik vasitədir. Xüsusilə bu uşaqlar üçün vacibdir. Xroniki tonzilliti olan insanlar hər axşam uzun müddət ərzində propolislə qarqara edə bilər. Müəyyən müddətdən sonra siz hiss edəcəksiniz ki, xəstəlik sizi artıq narahat etmir.
Bağırsaq infeksiyaları zamanı propolis dəmləməsi daxilə qəbul olunmalıdır. Bunun üçün 1 çay qaşığı propolis 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir.
Virus əleyhinə xüsusiyyətlərinə görə propolis herpes, qrip, hepatit, ensefalit və s. virus infeksiyaların müalicəsi və profilaktikası zamanı geniş istifadə olunur.
Propolis orqanizmi toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizləyir.
Propolis ağrısızlaşdıran vasitə kimi də istifadə oluna bilər. Bəzi tədqiqatlar sübut edir ki, propolis hətta novokaindən da təsirlidir. Diş ağrısı, boğaz ağrısı zamanı propolisi çox uğurla istifadə etmək olar. Diş ağrısı zamanı ağrıyan dişin üzərinə propolisin kiçik tikəsini qoyun.
Yanıqlar, yaralar, donvurmalar zamanı propolis aplikasiyalar şəklində istifadə olunur - 1 çay qaşığı miqdarında propolisin üzərinə 1 stəkan qaynar su əlavə olunur və 10-15 dəqiqə ərzində vam odda qaynadılır. Steril tənzif dəmləmədə isladılır və yaranın üzərinə qoyulur. Propolis yaraya bakterisid təsir edir, yaranın daha tez sağalmasına kömək edir, yaranın yerində əmələ gələn çapığın daha nazik və gözəgörünməz olmasını təmin edir.
Propolis çətin sağalan yaraların müalicəsində uğurla istifadə olunur.
Propolis mədə-bağırsaq sistemi xəstəlikləri zamanı da istifadə olunur. Qastrit, mədə xorası, kolit və s. xəstəliklər zamanı propolisin müalicəvi təsiri sübut olunub.
Propolis psoriaz xəstəliyi müalicəsi zamanı istifadə olunur.
Elmi tədqiqatların nəticəsində sübut olunub ki, propolis onkoloji xəstəliklərin müalicəsi və xüsusilə profilaktikası zamanı uğurla istifadə oluna bilər. Propolis insanın immun sistemini stimullaşdıraraq xərçəng hüceyrələrin inkişafını ləngidir, sağlam insanlarda tək-tək əmələ gələn xərçəng hüceyrələri məhv edir. Bu səbəbdən bir çox həkimlər 40 yaşından sonra olan insanlara propolisi daxilə qəbul etmək tövsiyə edirlər. Propolisin heç bir yanaşı təsiri yoxdur və bu səbəbdən propolisin su məhlulunu (spirt yox!) uzun müddət, hətta illər ərzində qəbul etmək olar. Bu insanın sağlamlığına yalnız müsbət təsir edə bilər./sağlamolun/
1017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56