Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2014

Qamət Süleymanov əməliyyat keçirilən vəhhabi təşkilatının tədbirlərində

Dünən mətbuatda "Bakıda daha bir vəhhabi əməliyyatı – Təşkilat rəhbəri saxlanıldı" adı altında xəbər yayıldı. Bu əməliyyat Dubay Əmirliyində yerləşən “Dar Al Ber” Humanitar təşkilatının Bakıda fəaliyyət göstətən ofisində həyata keçirildi. Amma sonradan “Darül Bir” təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Rəşad Axundov sərbəst buraxılaraq açıqlama verdi ki, biz humanitar təşkilatıq. Yetim uşaqlara, fiziki qüsurlu adamlara yardım edirik. O təşkilatın hansısa dini cərəyanla əlaqələndirməsinin yanlış olduğunu söyləyərək: “Bizim hansısa dini təriqətlərlə əlaqəmizin olması kökündən yanlışdır. Biz xeyriyyəçiliklə və qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstəririk. Qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyətlərdə aktiv iştirak edirik. Azərbaycan Respublikasındakı əsas fəaliyyətimiz ata qayğısından məhrum olmuş uşaqlarla bağlıdır".
 
AMMA internetdə apardığımız qısa araşdırmada, təşkilatın öz rəsmi internet səhifələrində Azərbaycanla bağlı əldə etdiyimiz məlumatlar başqa bir şeydən xəbər verir və bir başa dini radikal cəryanlarla bağlı dərslər xeyriyyəçilik adı altında aparılır.
 
1. Təşkilatın rəsmi internet səhifəsinin"Strateji hədəflər" bölməsində bir başa dini təbliğatın əsas hədəf olduğu bəyan olunur. Əlbətdə bildiyiniz kimi məqsəd özləri bəyəndiyi dindən söhbət gedir. "Ata qayğısından məhrum olmuşlar"-a vəhhabi qayğısı verilir. Elə ona görə də bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərdən belə öz Qarabağ torpaqlarını qoyaraq, Suriyaya "cənnət axtarışına" gedənlər var. 
 
2. Təşkilatın Facebook səhifəsində görülən işlərlə bağlı verilən məlumatlarda 13 yanvar 2013-cü ildə Azərbaycanla bağlı xəbər paylaşılıb ki, dini dərslərdən xəbər verir:
 
3. Təşkilatın Youtube səhifəsində Azərbaycanın müxtəlif güşələrinə "xeyriyyəçilk" adı altında edilmiş səfərlərdən və "dini dərslərdən" söhbət açılır. Kadrlarda (1.26 cı dəqiqələrdə) açıq-aşkar Azərbayanda tanınmış vəhhab-sələfi simaları (Qamət Süleymanov kimi) dərslərdə görmək olar. 

/Faktxəbər/
 
1120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber