Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2014

Qərb İŞİD-i məhv etmək üçün Əsəddən icazə alacaq

ABŞ və İngiltərə generalları İŞİD-in Suriyada məhv edilməsi təklifi ilə çıxış ediblər.

ABŞ-ın Müdafiə naziri Çak Hagel ilə Baş qərargah rəisi Martin Dempsi Vaşinqtonun İŞİD ilə uzunmüddətli mübarizəyə başladığını bildirib.

Dempsi İŞİD-i məhv etmək üçün Suriyada yerləşən qərargahlarına hücum etməyin lazım olduğunu deyib.

İngiltərənin Baş qərargah rəisi olmuş Lord Dannat isə Qərbin İŞİD-lə mübarizə aparmaq üçün Bəşər Əsədlə ittifaq qurmalı olduğunu bildirib. Məsələyə “düşmənimin düşməni dostumdur” məntiqi ilə yanaşdığını bildirən general, Qərb ölkələrinin Suriyada İŞİD-ə qarşı hava hücumları təşkil etməsi üçün Bəşər Əsəddən icazə almalı olduqlarını bildirib./axar/
910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz