Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2014

"Donbass Arena"-ya bomba düşdü

Ukraynanın “Şaxtyor” Donetsk futbol klubunun ev oyunlarını keçirdiyi “Donbass-Arena” stadionu atəşə tutulub.
Lent.az-ın xəbərinə görə, bu barədə klubun baş direktoru Sergey Palkin facebook sosial şəbəkəsində məlumat yayıb: “Bu gün səhər saat 06 radələrində “Donbass Arena”-ya bomba düşüb. Stadionun enerji bloku dağılıb”.
Xatırladaq ki, stadionun və "Şaxtyor" klubunun sahibi Ukraynanın ən varlı adamı Renat Axmetovdur.
Bir müddət əvvəl isə Ukrayna Premyer Liqasında çıxış edən Luqanskın “Zarya” komandasının “Avanqard” stadionu da atəşə tutulmuşdu.
949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber