Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2014

İraq ordusu Mosulun bir çox rayonlarını İŞİD-dən azad edib - səfirlik

İraq ordusu hücuma keçərək Mosulun bir çox rayonlarını İŞİD-dən (İraq İslam Şam Dövləti) azad edib.

Bunu İraqın Azərbaycandakı səfirliyi SalamNews-a məlumatında bildirib.

Məlumatda həmçinin deyilir ki, dünən İraq ordusu Numar adlı bölgəni terrorçularadan azad etməyə müvəffəq olub. Mosulun digər bölgələrini də İŞİD (İraq İslam Şam Dövləti) -dən tam azad etmək üçün İraq ordusu güclü hazırlıq işləri aparır.

Səfirlik Amerikanın İraqa təyyarələr göndərməsinə də toxunub: “ABŞ-ın İraqa göndərdiyi təyyarələrin köməyi ilə İŞİD-i havadan, İraq əsgərləri isə yerdən sıxışdırır. Bunun nəticəsində terrorçuların başqa yolu qalmır və geri çəkilməyə məcbur olurlar”.

Səfirliyin sözlərinə görə, əslində İraq və Amerika arasında bir-birini müdafiə etmək ilə bağlı saziş var. "Belə hesab edirik ki, Amerikanın dəstəyi davam etməlidir", - deyə məlumatda vurğulanır.
1094 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber