Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2014

Liviya silahlıları Tripoli aeroportunu tutdular

Liviya silahlıları paytaxt Tripolinin beynəlxalq hava limanını ələ keçirdiklərini bəyan ediblər.

Silahlılar hava limanını tam nəzarətə götürüblər, aeroport yaxınlığındakı strateji "Ən Nəqliyyə" düşərgəsini də tutublar.

Tripoli hava limanı ətrafında döyüşlər ötən aydan davam edirdi. Avqustun 13-dən aeroport fəaliyyətini dam dayandırmışdı.

Liviya parlamenti mülki əhalinin qorunması üçün BMT Təhlükəsizlik Şurasına müracuət edib. Millət vəkillərindən biri deyib ki, müraciət BMT-yə çatsa da, bununla bağlı qərarın nə vaxt veriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Liviya parlamenti avqustun 13-də keçirilən toplantıda dövlət qurumlarının və mülki əhalinin qorunması üçün beynəlxalq müdaxilə təklifini səsverməyə çıxarmışdı. 124 millət vəkilindən 111-i beynəlxalq müdaxilənin lehinə səs vermişdi./apa/
941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi