Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2014

Qaxın icra başçısı qaxlılara zülm verir

Son zamanlar bir sıra məmurlar öz çirkin əməlləri ilə medianın gündəmindən düşmürlər. Həm çalışdıqları dövlət müəssisələrinin adına ləkə gətirirlər, həm də vətəndaşların hüquqlarını pozaraq onlara problem yaradırlar. Belə məmurlardan biri də Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevdir. Bu şəxsin Qax rayonunda törətdiyi qanunsuzluqları, özbaşınalıqları dəfələrlə qəzetimiz vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb. Belə ki, Musa Şəkiliyevin Qax sakinlərinin başına açmadığı oyun qalmayıb. Bu şəxslə bağlı Qax rayon sakinləri tərəfindən bir neçə dəfə aidiyyəti orqanlara şikayətlər daxil olub. Lakin Musa Şəkiliyevin qanunsuz hərəkətlərinə dayan deyən olmayıb. Şəkiliyev sakinlərin işini çətinləşdirməklə məşğuldur. İstənilən sahəyə əl atan icra başçısı istər suyu maşınlarla gətirib pulla insanlara satmaqla, istərsə də bazarlarda ətin qiymətinə müdaxilə etməklə varidat yığmaqla məşğuldur. Bundan başqa, redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Musa Şəkiliyev Qax sakinlərinə qənim kəsilib. Heç kəs icra başçısından icazəsiz heç nə edə bilməz. Heç rayonda quş da uça bilməz. O öz qohum əqrabasını rayonda rəhbər vəzifələrə təyin edir. Savadlı-savadsız bütün qohumlarını işlə təmin edir. Ali təhsili olmayan şəxsləri məktəb direktoru qoyur. Savadı olanlara isə qıraqdan durub baxmaq qalır.

Verilən məlumata görə, icra başçısı külli miqdarda haqq almadan heç kəsə hansısa işin görülməsinə icazə verməz. Belə ki, artıq rayonda fəaliyyət göstərən, əhalini işlə təmin edən sahibkarların fəaliyyətinə müdaxilələrin olması, onlara qarşı müxtəlif əsassız qadağaların tətbiq olunması artıq adi hala çevrilib. Bütün bunlardan narazı sakinlər başlarına iş açmamaq üçün susub oturublar. Hamısı bilir ki, harasa şikayət etsələr, başları çox ağrıyacaq. Çünki dəfələrlə öz hüquqlarını müdafiə etməyə çalışan insanlar icra başçısının adamları tərəfindən təhqir və təzyiqə məruz qalıblar. İcra başçısının qoçu dəstələri öz hüququnu tələb edən şəxsləri dərhal yerində oturtmağa nail olurlar. Müəyyən şantajlarla insanları susdurmağa çalışırlar. Bu hal isə artıq Qax rayonunun əhalisini boğaza yığıb. İnsanlar artıq hara və kimə müraciət edəcəklərini unudublar.

Qəzetimizə müraciət edən bir qrup sakinin sözlərinə görə, sakinlər sosial problemlər məngənəsində çabalasa da, icra başçısı Musa Şəkiliyev heç nə olmamış kimi öz işində-gücündədir. Sakinlər iddia edirlər ki, bələdiyyə sədrləri icra başçısına güvənərək, bildiyini edir və bu vəziyyət uzun müddətdir ki, davam edir. Bəzi bələdiyyələrin sədrləri icra başçısına arxalanır və hər dəfəsində onunla yaxınlığından istifadə edərək, kəndlərin sakinlərinə təsir və təzyiqlər edir.

Ümumiyyətlə, bu gün təkcə bir kənddə deyil, Qaxın əksər kəndlərində eyni vəziyyət hökm sürür. Hamı icra başçısından və onun adamlarından narazıdır. Etibarlı mənbənin verdiyi məlumata görə icra başçısı rayona ayrılmış vəsaitləri bəzi qismini heç də təyinatı üzrə xərcləməyib. Üstəlik, onun yerli sahibkarları incidərək, onlardan aldığı pullarla bir sıra tikinti işlərini həyata keçirdiyi də üzə çıxıb.

Rayon sakinləri bildirir ki, bizi narahat edən problemlər həll edilməsə, daha sərt tədbirlərə baş vurmaq məcburiyyətində qalacağıq. Müşahidələrimizə əsasən deyə bilərik ki, hazırda adıçəkilən rayonda əhali su qıtlığından əziyyət çəkir. Artıq yay girəndən bəri qaxlılar bu problemi yaşamaqdadırlar. Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də heç bir nəticəsi olmayıb.

Əldə etdiyimiz məlumatlara görə, həmin kəndlərdə su artezian quyularının əksəriyyəti sovet dövründə qazılıb. Onlar öz istismar müddətini başa vurduğu üçün bir çoxu quruyub. Sözügedən problemlə bağlı dəfələrlə bələdiyyə sədrinə, icra nümayəndəliyinə və Qax Suvarma Sistemləri İdarəsinə müraciət etdiklərini deyən rayon sakinləri iddia edirlər ki, aidiyyəti qurumlar onların şikayətlərini qulaqardına vururlar. Kənd sakinləri qeyd edirlər ki, yaxın vaxtlarda onların bu problemi həll edilməsə, o zaman daha sərt tədbirlərə baş vurmaq məcburiyyətində qalacaqlar. Ümumilikdə rayonun 350 hektardan çox fındıq və qoz bağlarının susuz qaldığını vurğulayan qaxlılar bildirirlər ki, fındıq və qoz ticarətilə məşğul olan, gəliri bundan çıxan camaat artıq neçə müddətdir əkinlərini suvara bilmir./gundelik-baku/
1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı