Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2014

9 ildir pul yeyən yol layihələri niyə bitib- tükənmir?

Adətən külli miqdarda dövlət vəsaitinin olduğu sahədə keyfiyyətli iş, real və müsübət nəticə olur. Amma təəssüf ki, büdcədən ən çox pulun ayrıldığı nəqliyyat sahəsində bunun şahidi olmuruq. Faktlara müraciət edək: - rəsmi statistikaya əsasən, 2012-ci ildə ümumi istifadədə olan 537,2 kilometr avtomobil yolu tikilib və təmir olunub. Ötən il bu rəqəm bir qədər də artıb və həmin sahə üzrə nəzərdə tutulan büdcə vəsaitləri çoxalıb. Ümumiyyətlə, 2006-2015-ci illər ərzində isə respublika əhəmiyyətli 3578 kilometr, yerli əhəmiyyətli 5928 kilometr avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulub.

Ötən ilə olan məlumatlara görə, yol tikintisi üzrə qiymətlər 0,3 faiz, körpü tikintisi üzrə qiymətlər 0,4 faiz ucuzlaşıb. Amma indiyə qədər çəkilən xərclər, ayrılan vəsaitlər bu sahədə ucuzlaşmadan yox, bahalaşmadan xəbər verir. Konkret olaraq, 2013-cü il dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üçün 7 milyard manat planlaşdırılmışdı. Ümumi bölgüdə ən böyük pay Nəqliyyat Nazirliyinə düşdü - 1 milyard 022 milyon 130 min manat. Diqqəti çəkən isə vəsaitin böyük hissəsinin təkrar təmirlər sayəsində illərdir davam edən yol layihələri üçün nəzərdə tutulmasıdır. Konkret olaraq "Magistral yol-II" layihəsində Azərbaycan tərəfinin builki payı (əlavə maliyyələşdirmə sazişləri ilə birlikdə, Dünya Bankı) 70 milyon manat planlaşdırılıb. Bununla sözügedən layihə üzrə Azərbaycan tərəfinin xərclədiyi vəsait 390 milyonu haqlayıb. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi ilə əlaqədar 40 milyon manat nəzərdə tutulub. Üç il ərzində sözügedən investisiya layihəsinə 115 milyon manat xərclənib. Çox güman ki, gələcəkdə smeta daha da böyüyəcək. "Yol Şəbəkəsinin İnkişaf Proaqramı-Layihə-3"- Masallı-Astara avtomobil yolunun maliyyələşdirilməsində Azərbaycan tərəfinin payı 80 milyon manatı haqlayıb. Bu yolun tikintisi də 2008-ci ildən indiyədək tikilir və nə vaxt yekunlaşacağı bilinmir.

Uzunmüddətli tikintidən sonra təmirə dayandırılan "Bakı-Şamaxı avtomobil yolunun ilk 13,5 km-i sonradan 4 zolağa genişləndirildi. Sonra daha iki zolaq tikilməyə başlandı. Ötən il 15- 45 km sahəsində iş aparıldı. Yolun 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi layihəsində Azərbaycan tərəfinin payı (Dünya Bankı) 46 milyon manatı ötdü. Bu il də əlavə 20 milyon manat ayırmaqla, yol layihəsinin smetası daha da böyüdüldü. "Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması" layihəsində Azərbaycan tərəfinin builki payı 25 milyon manat planlaşdırılıb. Təkcə onu xatırlatmaq kifayətdir ki, 2011-2012-ci ildə bu layihəyə dövlət büdcəsindən 64 milyon manat israf edilmişdi. Hacıqabul-Kürdəmir yolunun tikintisi də 6 il ərzində bitmək bilmədi. 85 km-lik yola Azərbaycan tərəfindən 46 milyon manat xərclənəndən sonra əlavə 2 zolağın artırılması da planlaşdırılmışdı. Yolun yenidən tikintisinə ötən il də daxil olmaqla 59 milyon manata yaxın pul ayrılmışdı. Yevlax-Gəncə avtomobil yolunun tikintisi isə 2005-ci ildən bəri büdcə vəsaitlərini udmaqla məşğul oldu. Yolun bir hissəsinin tikintisi bitməmiş, digər yeni salınmış hissəsi dağıdıldı. Bu da əlavə xərclərə yol açdı. Ümumilikdə indiyədək Azərbaycan tərəfinin payı 97 milyon manata çatdı. Cari ildə də əlavə 14 milyon manat bir, 7,2 milyon manat isə ayrı xərc üzrə vəsait ayırmaqla 118,2 milyon manat yola sərf ediləcək. Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinin xərci də ildən-ilə şişdi. 2013-cü büdcə ili üçün əlavə 38,2 milyon manat ayırmaqla layihənin smetası 66 milyon manata yüksəldildi.

Bütün bunlar onu göstərir ki, yolların təmiri sanki bir "əjdaha"ya dönüb milyonlarla manat vəsaiti udur. Nəqliyyat naziri Ziya Məmmədov və nazirliyin digər rəsmi şəxsləri bunu - qonşu ölkələrlə müqayisədə bizdə yollara çəkilən xərclərin 2-3 dəfə başa olmasını respublikamızda abadlaşdırılan yolların ən keyfiyyətli olması ilə əsaslandırmağa çalışırlar. Belə isə sual ortaya çıxır: - milyonlarla, hətta milyardlarla manat dövlət vəsaiti ortada ikən nə üçün ortada real iş yoxdur. Başqa sözlə desək, cənab Ziya Məmmədov biz niyə yolları səndələyə-səndələyə keçir, avtomobillərimiz "yamalarda" atılıb düşür? Axı bu yollara milyardlar xərclənib./http://bolgexeber/
1009 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...