Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2014

İŞİD-in 7 təhlükəli qadını

İraqın “əl-Hədəs Press” agentliyi məlumat verib ki, terrorçu və təkfirçi qruplaşma olan İraq-Şam İslam Dövlətinin (İŞİD) ərəb aləmində məşhur olan 7 təhlükəli qadın üzvü var. Lakin onlar rubənd istifadə etdikləri üçün, onların heç bir fotosu yoxdur.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına görə, agentlik İŞİD qruplaşmasında özünəməxsus rolu olan bu şəxsləri tanıtdırmışdır.
Bu 7 qadın bunlardır:
1 və 2: İngiltərəli əkizlər: Səlma və Zöhrə əslən Somalidən və İngiltərə vətənadşıdırlar. Bu iki qadın İŞİD-ə qoşulmaq üçün ötən ay Suriyaya aparıldılar. Onlar, ələ silah almaqla yanaşı, İŞİD kişilərinə cinsi xidmət də edirlər. Bunlardan biri özünə Ummu Cəfər ləqəbini seçmişdir. Deyilənlərə görə, onlar “terrorçu bacılar” ləqəbilə fəxr edirlər.
İngiltərənin Daily Mail qəzeti xəbər verib ki, əkiz bacılar İngiltərəyə qayıtmamağa söz veriblər. Onlar qumbara atmaq və kalaşnikovdan istifadə qaydalarını öyrəniblər.
3. Ummu Miqdad: Bu qadın İŞİD qadınlarının əmiri kimi məşhurdur. O, İraqın əl-Ənbar əyalətində qızlar və cavan qadınlardan döyüşçülər seçmək üzrə vəzifəlidir. 45 yaşı olan bu terrorçu Səudiyyə Ərəbistanındandır. Ötən ilin yanvar ayında bir dəfə həbs edilmişdi.
4. Ummu Muhacir: O Suriyanın Rəqqə şəhərində faliyyət göstərən, 60 nəfər silahlı qadından ibarət “əl-Xunəsa” taborunun komandiridir. Ummu Muhacir Tunis vətəndaşıdır və İŞİD-ə qoşulmaq üçün öz əri ilə səfərə çıxmışdır. Bu cütlük öz qızlarını da İŞİD üzvlərilə cihad nikahına peşkəş etmişlər.
Əl-Xunəsa taborunun qadınları üzlərini tam olaraq qara örtüklə örtürlər və öldürücü silahlar daşıyırlar. İŞİD-in qadınlar taboruna qoşulmağın şərtlərindən biri 18-25 yaş arasında olmaqdır.
5. Nida əl-Qəhtani: İŞİD-in fəal üzvü olan öz qardaşı ilə sözügedən qruplaşmaya qoşulan ilk Ərəbistanlı qadındır. Öz adını Ummu Cəlibib qoyub. O öz ərinə təlaq verib və uşaqlarını ataraq İŞİD-ə qoşulub. Onun fikrincə kişilərin çoxu ləyaqətsizdir. O, İŞİD qadınları arasında intiharçı əməliyyatçı (terrorçu) olmağa hazır olduğunu bildirən ilk qadındır.
Ummu Cəlibib (Bəşər Əsədə müxalif olan başqa bir qruplaşma olan) Azad Suriya ordusunu (ASO) Təl-Rəfətdə İŞİD üzvlərini hədəfə almaqda ittiham edir və onlara nifrət edir.
6. Ummu Ləys: Bu qadın İngiltərədən gəlmiş mühacirdir. Onun həqiqi adını kimsə bilmir, lakin Ummu Ləys adını özünə seçmişdir. O həmişə qərbli qadınları İŞİD-ə qoşulmağa həvəsləndirir. O deyib ki, qadınlar özlərinə vacib olmuş “nikah cihadı” vəzifəsinə əməl etmək üçün “dünyanın onlar haqqında nə dediyinə” qulaq asmamalıdırlar.
7. Ummu Harisə: Əl-Ərəbiyyə kanalı məlumat verib ki, Ummu Harisə Ummu Ləysin yaxın dostudur. Sosial şəbəkələrdə aktiv səhifələri var və ingilis dilində yazır. Yeri gəlmişkən “əl-Xunəsa” taborunun da üzvüdür. Həmişə İŞİD-in Suriyadakı qələbələrinin şəkillərini yayımlayır. Onun tərəfindən yayılmış şəkillərdən biri də, Fitr bayramında Suriya əsgərlərinin başlarının kəsilməsidir.
879 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26