Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2014

Bakıda söküntü qalmaqalı: 1500 manat tələb edirlər

Bakının Binəqədi rayonu, Yusifzadə küçəsi 114 ünvanda, Çermet körpüsünün yaxınlığında yaşayan sakinlər evlərinin sökülməsi müqabilində onlara veriləcək konpensasiyanın azlığından narazıdırlar. Sakinlər hər kvadrat metrə görə təklif edilən 900 manatı qəbul etmək istəmirlər.

Sakinlərin "Yeni Müsavat"a dediklərinə görə, “Azəryolservis” ASC-nin işçiləri heç bir əsas olmadan evləri sökür və ev sahiblərinə mənzilin hər kvadratmetrinə görə 900 manat təklif edirlər.

Onlar bu pulla normal bir mənzil ala bilməyəcəklərini deyirlər. Əhalinin narazılığına baxmayaraq, artıq söküntü işlərinə başlanıb. Bir neçə gündür ki, ev sahibləri ilə “Azəryolservis” əməkdaşları arasında gərginlik yaşanır.


Sakinlərdən Babək Allahverdiyev “Azəryolservis” ASC-nin işçiləri ilə mübahisə edərkən özünü doğrayıb.

İndi evləri sökülən insanların yeganə ümidi ölkə başçısının çıxaracağı qərara qalıb. Sakinlər mənzillərinin hər kvadrat metrinə görə 1300-1500 manat konpensasiya tələb edirlər.

Sakinlərin bildirdiklərinə görə, “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov əhali ilə görüşərkən onlara problemlərinin həll olunacağına söz versə də, sonradan yenə də söküntü işləri davam etdirilib./lentaz/
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 18:06