Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2014

Ali-Səud müftilərinin İŞİD-ə qarşı mövqeyi 180 dərəcə dəyişdi!

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, aparılan araşdırmalar nəticəsində məlum olub ki, terrorçu-təkfirçi qruplaşma olan İraq və Şam İslam Dövlətinin (İŞİD) əsas yaradıcısı, maddi təminatçısı və silah tədarükçüsü olan Səudiyyə Ərəbistanı rejimi son bir həftədə sözügedən qruplaşmaya qarşı mövqeyini dəyişmişdir. Belə ki, Ali-Səud rejimi bundan sonra bu qruplaşma ilə mübarizə aparacaq.
Səudiyyə Ərəbistanından verilən xəbərlərə əsasən, ölkənin vəhhabi müftiləri də ölkə rejimi ilə birgə, İŞİD-ə qarşı mövqelərini 180 dərəcə dəyişmişlər. Beləki, Məscid əl-Həramın imam camaatı dünən İŞİD-i terrorçu qruplaşma adlandırıb.
Habelə o, çox gecikmiş olmasına baxmayaraq, ərəb ölkələrindən istədi ki, İŞİD-in əleyhin birləşsinlər və qiyama qalxsınlar.
Məscid əl-Həramın imamı İŞİD-i “zamanın xəvarici” adlandırmış və demişdir: Kim bu kafirlərlə istənilən yolla əməkdaşlıq etsə, kafirdir.
O əlavə edib: İŞİD İsrail rejimi tərəfindən dəstəklənir və İsrail də bu qruplaşmanı dəstəkləməkdən çəkinməlidir!
O deyib: Dünya ictimaiyyəti olduqca tez müddətdə bu qruplaşma ilə müharibə halında olan ölkələrə lazımi silah və sursatları göndərməlidirlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz Aləş-Şeyx də bir qədər əvvəl İŞİD terror qruplaşmasını İslamın ən böyük düşməni adlandırmışdı.
İndi isə, Ali-Səud rejiminin İŞİD qruplaşması qarşısında mövqeyini dəyişməsi barədə bir neçə sual yaranır. Əvvəla, görəsən bu mövqe dəyişmək realdır yoxsa media reklamı?! Görəsən Ali-Səudun İŞİD-lə düşmənçiliyi terrorçuların bu ölkəyə hücum edəcəyi ehtimalından bu rejimin qorxduğuna gördərir?! Görəsən ABŞ Səudiyyə Ərəbistanına təzyiq göstərib ki, İŞİD-lə müxalifət etsin?! Amerikalı jurnalistin İŞİD qüvvələri tərəfindən başı kəsilməsinə görə Amerika Səudiyyədən bu qruplaşma ilə düşmənçilik etməyi tələb edibmi?! Əgər Ali-Səudun İŞİD-lə düşmənliyi həqiqidirsə, nə üçün əvvəlcə bu qruplaşmanı yaratdı, və bu günə qədər onu himayə etdi?!
910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber