Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Dini fəalın həbsindən şikayət verilib

Oktyabrın 28-də ilahiyyatçı Taleh Bağırovun məhkəməsi zamanı Sabunçu Rayon Məhkəməsinin binası qarşısında saxlanılmış dini fəal Abbas Hüseynovun həbsindən apellyasiya şikayəti verilib. Bunu “Media forum”a vəkil Bəxtiyar Hacıyev deyib.

Vəkil bildirib ki, Abbas Hüseynova Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası kəsilib. Onun qanında ekspertiza zamanı narkotik maddə aşkar edildiyi iddia olunub. Fəal İnzibati Xətalar Məcəlləsinin 68.1 maddəsi ilə (şəxsi istehlak üçün zəruri olan miqdarda, satış məqsədilə olmadan narkotik maddələrin hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və göndərilməsi) təqsirli bilinib.

Vəkil bildirib ki, Abbas Hüseynovun narkotik istifadəçisi olub-olmadığını yoxlamaq üçün yenidən ekspertiza təyin olunmasını tələb edəcək.

Oktyabrın 28-də ilahiyyatçı Taleh Bağırovun məhkəməsi zamanı Sabunçu Rayon Məhkəməsinin qarşısında polislə dindarlar arasında qarşıdurma yaranıb. Polis təxminən 20 nəfəri saxlayıb. Saxlanılanların əksəriyyəti sərbəst buraxılıb. 4 nəfər - Bəkir Süleymanov, Şəhriyar Abbasov və Təbriz Səbirli İnzibati Xətalar Məcəlləsinin 310.2 (polisə tabe olmama) maddəsi ilə 15 sutka, Abbas Hüseynov isə 30 sutka həbs cəzası alıb.
1878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber