Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

Atatürkün heykəlini aşırmağa cəhd etdilər

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçusu Mahsum Korkmazın heykəlinin götürülməsindən sonra müxtəlif şəhər və qəsəbələrdə Atatürkün heykəl və büstlərinə hücumlar olub.

Van vilayətinin Başkalke vilayətində ötən axşam icazəsiz asksiya keçirən bir qrup PKK üzvü Atatürkün Cümhuriyyət meydanındakı heykəlinə hücum edib. Kəndir bağlayaraq heykəli yıxmağa çalışan üzü bağlı aksiyaçılar polisin gəldiyini görərək hadisə yerindən qaçıblar.

Qeyd edək ki, postamentin üzərindəki heykəli əyən terrorçular abidəni yıxmağa müvəffəq olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə təhlükəsizlik qüvvələri ilə atışma zamanı ölən PKK terrorçusu Mahsum Korkmaza Diyarbəkirin Lice rayonunda abidə qoyulmuş, daha sonra valinin göstərişi ilə heykəl qoyulduğu yerdən götürülmüşdü./ans/
912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber