Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

SEPAH İsrailin kəşfiyyat təyyarəsini vurdu

Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri sionist rejim olan İsrailə məxsus pilotsuz casusluq təyyarəsini vurduğunu bildirib.
Verilən məlumata görə, məhv edilmiş bu təyyarə radardan yayına bilən növdəndir. Məqsədi Nətənz atom stansiyasının yerləşdiyi əraziyə yaxınlaşmaq olub ki, SEPAH-ın hava müdafiəçilərinin ayıqlığı nəticəsində kəşf edilib və yer-hava tipli raketlə məhv edilmişdir.
Məlumatda deyilir: Bu hiyləgər addım sionist rejim olan İsrailin macəra həvəsində olduğunu açıq-aşkar ortaya qoyur. Qondarma və müharibə həvəsində olan İsrail rejiminin cinayət və xəbisliklərlə dolu tarixi keçmişinə yeni qara bir səhifə artırır.
Bəyənatda təkidlə bildirilir: İslam İnqilabı Keşikçiləri Korpusu İslam Respublikasının başqa silahlı qüvvələrilə birgə, əziz xalqımız və İran İslam torpaqlarını müdafiə etmək üçün hərtərəfli və qətiyyətli hazırlığa malikdir və (düşmənin hərəkətləri qarşısında) hər növ reaksiya və qarşılıqlı addım haqqını özündə saxlayır.
1114 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP