Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

İmam Əlini (ə) İŞİD-çi kimi göstərmək istəyirlər

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, son zamanlar Səudiyyə Ərəbistanında təqvalıların mövlası, möminlərin əmiri Həzrət İmam Əli (ə) haqqında bir kitab nəşr edilib. Kitabın cildindəki şəkildən mövzunun “Xeybərin fəthi tarixi” olması hiss olunur.
Amma təəccüblü məsələ budur ki, bu kitabın cildinin üzərində terrorçu və təkfirçi qruplaşma olan İraq və Şam İslam Dövlətinin (İŞİD) bayrağı əks olunub. Bu bayrağı isə Həzrət Əli ibn Əbutalib (ə) götürüb!
Qeyd etmək lazımdır ki, bir həftə öncəyə qədər Səudiyyə Ərəbistanı İŞİD terror qruplaşmasının əsas maddi və silah təminatçısı və bu qruplaşmanı yaradanlardan biri idi. Amma son bir həftədə bu rejimin siyasi və vəhhabi rəsmiləri özlərini İŞİD düşməni kimi göstərməyə çalışıblar.
Bəlkə də demək olar ki, bu şəkili bu kitabın cildinin üzərinə nəşr etməklə ərəbistanlı vəhhabilər İŞİD terror qruplaşmasını şiələrə və İmam Əliyə (ə) mənsub olduğunu göstərmək istəyir və özlərini kənara çəkmək istəyirlər?!


960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...