Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

İŞİD-in komandirlərini hansı qrupun snayperləri vurur?!

Suriyanın Rəqqə şəhərində son həftədə İraq və Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının səhra komandirləri qətlə yetirilir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Rəqqə şəhərində İŞİD komandirlərinin hədəfə alınması son bir həftədə bir neçə dəfə artmışdır. Bu arada belə bir fikir formalaşıb ki, bu işi görmək üçün İŞİD-ə müxalif terrorçu qruplaşmalar tərəfindən bu iş üçün yetişdirilmiş snayperçi qruplar var. Xüsusilə də, bu müddətdə İŞİD öz üzvlərinin çoxunu Təbəqə hərbi aeroportunu ələ keçirmək üçün sözügedən məntəqəyə yollayır.
Məlumatlara görə, Kəfifə rayonunda 3 İŞİD komandiri snayperlər tərəfindən vurulmuşdur. Onlardan biri Əbu Təlhə əl-Məğribi olmuşdur.
Məlumatlardan aydın olur ki, İŞİD-ə qarşı bu üsuldan istifadə edən xüsusi qruplaşma var. Onlar əməliyyatların məsuliyyətini öz üzərlərinə götürmürlər və etdikləri işləri internet və sosial şəbəkələrdə yayımlamırlar. Lakin hər ötən gün öz fəaliyyətlərini artırırlar.
Mühüm məqam budur ki, İŞİD terror qruplaşmasının özü də bəzən qruplaşma daxilində belə məxfi əməliyyatlar keçirir. Sözə baxmayan səhra komandirlərinə qulaq burması verilsin deyə, onlar məxfi şəkildə öldürülür və onların İslam düşmənləri və kafirlər tərəfindən öldürüldüyü iddia edilir.
Hər halda, son əməliyyatlar İŞİD terror qruplaşmasını vəhşətə salmışdır. Qruplaşa hadisələrə ilk reaksiya olaraq gecə gəzintilərini ləğv etmiş və öz mövqelərinin istehkamını daha da artırmışdır.
867 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:09