Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Rusiya miqrantları "ağıllı kamera" ilə ələyəcək

Rusiya prezident Vladimir Putin Federal Miqrasiya Xidmətinə xarici vətəndaşları şəkillərinə görə tanımaq üçün “ağıllı kamera” və mobil proqramlardan istifadə etməyi tövsiyyə edib.

İdeya isə İnternet texnologiyalarının təqdim edildiyi tədbirlərin birində “Re Action” şirkətinin rəhbəri Aleksandr Xaninin təklifindən yaranıb. Şirkətinin proqramını Federal Miqrasiya Xidmətinə təklif edib.

Bu layihə Putini maraqlandırıb. “Bunu MDB ölkələri arasında viza rejimi olmasa, tətbiq etmək olar. Viza yoxdu, ehtiyac yoxdu. Amma bu cür texnika insan haqqında məlumat verə biləcəksə, çox effektiv ola bilər”, - deyə Putin bildirib.

Putin Miqrasiya Xidmətinə proqramlardan mümkün istifadəyə dair təkliflər hazırlamağı tapşırıb.
1800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21
T