Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

Ərəb dövlətləri öz yetirmələrilə mübarizə barədə razılığa gəldilər!

Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Misir və İordaniya ortaq müzakirə zamanı Suriyada terrorizmlə mübarizə və ifratçı təfəkkürün yayılmasının qarşısının alınması barədə razılığa gəliblər.
Dünən Səudiyyənin Ciddə şəhərində baş tutmuş bu beş tərəfli görüşdə Ərəbistan, Misir, Qətər və BƏƏ xarici işlər nazirləri Səud əl-Feysəl, Samih Şukri, Xalid əl-Ətiyyə, Abdullah ibn Zayid Ali Nihyan və İordaniyanın xarici işlər nazirinin müşaviri Nəvvaf ət-Təll iştirak etmişlər. Onlar bəzi ərəb ölkələrində ifratçı təfəkkürün yayılması və sabitliyin pozulması, bunun bəzi region ölkələrinə təsiri və dünya sülh və sabitliyinin təhdid edilməsi məsələləri müzakirə edilmişdir.
İştirakçılar Suriyadakı son hadisələri və ölkədəki böhranın region və beynəlxalq səviyyədə təsirini araşdırmışlar.
Sözügedən toplantı Qərb ölkələrinin terrorçu qruplaşma olan İŞİD-in İraq və Suriyadan tamamilə məhv edilməsinə qarşı razılığından sonra baş vermişdir.
Halbuki sözügedən ölkələr və Türkiyə, Suriya böhranı başladıqdan terrorçuların regiondakı himayəçiləri olmuşlar. Bunların hər biri Suriyadakı terrorçuların siyasi, maddi, hərbi və diplomatik müdafiəçisi və dəstəkçisi olmaq vəzifəsini öz öhdələrinə götürmüşlər.
913 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21