Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

Antibiotiklər 11 nəfəri xəstəxanalıq etdi

Azərbaycanda avqust ayı ərzində dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 11 nəfər xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, onların hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. A. Maqsudov qeyd edib ki, dərmandan zəhərlənmə hallarının hamısı Bakı şəhərində qeydə alınıb: “Əsasən antibiotiklərin təsiri nəticəsində belə hallar qeydə alınır”.

A.Maqsudov əlavə edib ki, may ayında sirkə turşusundan 3 zəhərlənmə hadisəsi baş verib. Bunlar Bakının Nizami, Xəzər və Nərimanov rayonlarında qeydə alınıb./apa/
950 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı