Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

Qobustanda 6 məhbus özünü doğrayıb

Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb. Həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar.

Onlardan birinin vəziyyətinin ağır olduğun bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.

Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Fikrət Qafarov məhbuslarla sərt şəkildə davranır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir.

Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətindən bildirdilər ki, hadisədən xəbərləri yoxdur, araşdırıb məlumat verəcəklər./qafqazinfo/
1187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.07.17, 10:21
Əməldə filosof!
20.07.17, 16: