Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

Rus tankları Ukraynaya girdi

Rusiya tankları və zirehli maşınlar Ukraynaya girib.

Hazırda hərbi texnikalar Mariupola tərəf hərəkət edir.

Ukrayna sərhəd məntəqəsindən bildirilib ki, Rusiya tankları Novazovska buraxılış məntəqəsinə atəş açmağa başlayıb: "Biz Rusiya tanklarının necə sərhəddən gəldiyini müşahidə etdik. Eşalonda tanklar, zirehli maşın və "KamAZ" var idi",-deyə ukraynalı sərhədçilərdən biri deyib.

Rusiya qoşunları arasında azı 10 tank olduğu ehtimal olunur. Rus hərbi texnikasının sərhəddi keçməsi ilə Ukrayna sərhədçiləri geri çəkiliblər.

Rusiya qoşunu Mariupola tərəf irəliləməkdə davam edir. Donetsk sərhəd xidmətinin mətbuat xidməti isə məsələ ilə bağlı məlumatlarının olmadığını bildirib./ans/
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber