Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Benzinin litri 80 qəpik, qazın min kubmetri 150 manat olacaq

Hökumət yeni “şok terapiyası”na hazırlaşır, ölkəni bahalaşma dalğası bürüyəcək

Gələn ildən bütün növ kommunal xidmət tariflərinin və enerjidaşıyıcılarının qiymətlərinin kəskin artırılacağına dair iqtisadçı-ekspertlərin təxminləri özünü doğruldub.

Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitəsində 2014-ci il üçün dövlət büdcəsinə dair müzakirələr zamanı təsdiq edib ki, kommunal xərclərin bahalaşması barədə qərar artıq verilib. Onun sözlərinə görə, artım təşəbbüskarları “Azərenerji”, “Azərsu” və “Azəriqaz”dır.

“Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əməkhaqqı və başqa artım üçün tariflər dəyişməlidir” - deyə nazir bildirib.

Bu, hökumətin ölkədə yeni “şok terapiyasına” hazırlaşdığını göstərir və artıq şübhə yoxdur ki, gələn il ölkədə kəskin inflyasiya, bütün növ xidmətlərin, malların, daşımaların və s. qiymətlərinin artımı ili olacaq. Belə ki, gələn ildən bahalaşan təkcə elektrik, su və qaz olmayacaq. Həmçinin benzin və dizel yanacağının, sürtkü yağlarının da qiymətlərinin kəskin artımı barədə yuxarılarda qərar artıq verilib.



Qeyd edək ki, enerjidaşıyıcılarının və kommunal tariflərin artırılacağı gələn il üçün dövlət büdcəsinin xərclər hissəsində aydın görünür. Hökumət büdcə təşkilatlarına kommunal xərclərin və yanacaq-sürtkü materiallarının haqqının ödənilməsi üçün 2013-cü ilə nisbətən 85 faizə yaxın çox vəsait - 641 milyon manat yönəlməyi nəzərdə tutub.

Büdcə layihəsindən məlum olurdu ki, yanacaq-sürtkü matreriallarının alınması üçün büdcə təşkilatlarına ayrılan vəsait 39,5 faiz çox, elektrik enerjisi xərcləri 25,5 faiz, təbii qaz xərcləri 18,9 faiz, su xərcləri 26,7 faiz, istilik enerjisi xərcləri 20,3 faiz artacaq.

Bir sözlə, gələn il üçün büdcə təşkilatlarına bütün növ tariflər üzrə xərcləri ödəmək üçün 20 faizdən 40 faizə qədər artıq vəsait nəzərdə tutulur.

Büdcədə yer alan bu xərc artımı faizlərindən çıxış edərək Tarif Şurasının gələn ildən enerjidaşıyıcılarını və kommunal tarifləri nə qədər artıracağını təxmin etmək olar. Bu təxmini hesablamara görə, gələn ildən Aİ-92 markalı benzinin bir litri 55 qəpikdən 80 qəpiyə, Aİ-95 markalı benzinin bir litri isə 90 qəpiyə qaldırılacaq.

Əhaliyə satılan təbii qazın min kubmetri 100 manatdan 130-150 manata, elektrik enerjisinin 1 kilovattı 6 qəpikdən 10 qəpiyə, suyun min kubmetri 60 qəpiyə qədər artırılacaq./virtualaz/
1838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 11:34