Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

İŞİD-in gülməli “İslam Xilafəti” qaydaları və fətvaları

Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, İŞİD-n qanunlarına görə, İŞİD döyüşçülərilə müxalifət “İslam” və “sünnə” ilə müxalifətdir.
İraqın Neynəva məntəqəsinin sünni alimlərindən olan Şeyx Feysəl Nəcm İŞİD üzvlərinin qayda-qanunlarının İslamla bağlılığı olmadığını bildirib və deyib: Onlar Quranın səsgücləndiricilərlə oxunmasını haram sayırlar. Qadınlara əmr ediblər ki, ya evdə qalsınlar, ya da üzlərini bağlasınlar.
Bir çox qadınlar ictimai işlərdən və idarə işlərindən məhrum edilmişlər.
İŞİD-in yeni qanunu belədir ki, ictimai yerlərə çıxmaq istəyən qadınlar üzlərini üç rəngdə niqabla örtməlidirlər: Evli qadınlar qara niqab, subay qadınlar ağ niqab və “nikah cihadı”nda iştirak etmək istəyən qadınlar sarı niqab. Əgər belə olmasa, ölümə qədər olan cəzalarla üz-üzə qalacaqlar.
Mosuldan Ummu Ziya adlı qadın deyir: İŞİD-in qanunları qadınlara başqa başağrıları da gətirməkdədir. Belə ki, indi müalicə məqsədilə də evdən çıxmaq problemdir. Çünki qadın evdən evin kişisi yanında olmadan çıxa bilməz. Bundan əlavə, qadın həkimlər ya şəhərdən qaçıblar, ya da İŞİD onların işləməsinə icazə vermir və kişi həkimlərin də qadınları müayinə etməsi qadağan olunub.
Cavanları narahat edən İŞİD qanunlarından bəziləri bunlardır: Kafelər, çayxanalar, video disk satış yerləri bağlanıb. Qadın və cavanların parklara girişi qadağan edilib.
Mosuldan qaçmış Seyid Möhsün adlı bir cavan əl-Ğəd press agentliyinə deyib: Cavanların bütün istirahət vasitələri əllərindən alınmışdır. Məntəqədəki cavanların yeganə əyləncəsi silah götürüb İŞİD-lə birgə döyüşməkdən ibarətdir. Yoxsa ...
O iraqlıların bir çoxunun fikrincə bədəvi və geriçilik sayılan İŞİD-in bəzi təəccüblü qayda-qanunları barədə də danışıb: Futbola baxmaq, video disk, kasset və oyunlardan istifadə cavanlara qadağan edilib. Onlar nəinki qadınlar üçün kosmetika vasitələri və zinət əşyalarını, hətta uşaqların büküldüyü pampers kimi bezləri də İslamın ilk əsrlərində olmadığı üçün haram elan etmişlər!
Universitet müəllimi olan Məhəmməd Züheyr İŞİD-in əməlləri barədə deyir: Gücdən istifadə edərək qanunları yeritmək və İslam adı ilə onu təhdid etmək əxlaqa yaraşmır. İŞİD-in rəhbərləri dini başa düşmürlər və dindən yeganə başa düşdükləri şey silah, yemək və cinsi əlaqə ilə sona çatır.
982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47