Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

Xristian nazir peyğəmbərdən hədis dedi

Norveçdə İŞİD terror təşkilatı əleyhdarları yürüyüş təşkil ediblər.

İraq Şam İslam Dövləti terrorçularının (İŞİD) hücum və qırğınları, Baş nazir Erna Solberq, İslami təşkilatlar, kilsə nümayəndələri və siyasi partiya liderlərinin də qatıldığı yürüyüş və mitinqle etiraz edildi.

Paytaxt Oslonun Qrinland səmtində axşam saatlarında başlayan gedişə, fərqli dinlərə mənsub təxminən 7 min adam qatılıb. İŞİD ilə bu terror təşkilatının dəstəkçisi olduğunu açıqlayan Norveçdəki "Profetens Ummah" adlı dərnək əleyhinə şüarlar səsləndirən etirazçılar, Norveç Parlamenti önünə qədər getdikdən sonra burada çıxışlar ediblər.

Burada təşkil edilən mitinqdə Baş nazir Erna Solberq, müxalifətdən olan “Fəhlə Partiyası”nın sədri Conas Göhr Store, Oslo Kilsəsi nümayəndəsi May-Anne Qrasaas, İslam quruluşu olan İRN-nin baş katibi Məhtab Afsar və din adamları çıxış edib.

İRN adından çıxış edən Məhtab Afsar, ifratçılığın hər cəmiyyətdə səhv olduğunu önə gətirərək "iki həftə əvvəl hicab taxmağa başlayan qızım məktəbindəki müəllim tərəfindən təhqirolundu. Hər kəsin bu mövzuda səhv qərarlardan xilas olması lazımdır" deyə bildiri.

Norveç baş naziri Solberq belə hadisələrə qarşı mübarizə edəcəyini vurğulayaraq, peyğəmbərdən hədis belə gətirir.
"Sizdən biriniz bir pislik gördükdə bunu əliylə dəyişdirsin, əgər buna gücü çatmazsa diliylə düzəltsin, ona da gücü çatmazsa ürəyiylə nifrət etsin. Bu da imanın ən zəif nöqtəsidir" – deyərək peyğəmbərdən hədis söyləyən Solberq, bu nümayişə çox sayda müsəlmanın qatılmasının, İŞİD-in İslamı təmsil etmədiyinə bir dəlil olduğunu qeyd etdi.

Çıxış edənlərdən Fate Mehdi əl-Hüseyni adlı gənc qız, baş kəsmə və təcavüzün İslam ilə əlaqəsi olmadığını ifadə edərək, "Bunu dəstəkləyənlər də Peyğəmbər ümməti deyil şeytanın təqibçisi ola bilər" dedi.

"Sözlərlə qazan, silah və şiddətlə deyil", "İŞİD'ə yox", "İslam adına etməyin" və "Terrorizmə yox" şüarlarları altında, Norveç mətbuatının da sıx maraq göstərdiyi etiraz aksiyası insidentsiz başa çatıb.
954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı