Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

Bakıda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb

Bakıda qətl hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün saat 23:30 radələrində Şağan qəsəbəsində Əzizbəyov küçəsi ev 88-də qeydə alınıb.

Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ülkər Eynulla qızı Abdullayeva qarının sol yan tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1962-ci il təvəllüdlü həyat yoldaşı Tərlan Rəhman oğlu Abdullayev oğlu qarnın sağ tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1987-ci il təvəllüdlü oğlu Rəhman Tərlan oğlu Abdullayev döş qəfəsinin arxa səthinin, boyunun kəsilmiş, deşilmiş daxilə nüfuz edən yarası ilə və Şağan qəsəbəsində Yeni yaşayış sahəsində yaşayan 1998-ci il təvəllüdlü Cahid Vahid oğlu Qədəşov epaqastral nahiyəsinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər.

Ü.Abdullayeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Qədəşov tutulub./apa/
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP