Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2014

İşğalçı İsrail Fələstin parlamentinin binasını bombalayıb

İşğaıçı İsrail hərbi təyyarələri Fələstin parlamentinin binasını, Qəzzada iki dövlət məktəbi və 14 mərtəbəli binaya aviazərbə endiriblər.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudranın dediyinə görə, iyulun 7-dən etibarən İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 2135 nəfər ölüb, 10198 nəfər yaralanıb. Ölənlərdən 578 nəfər uşaq, 261 nəfər qadın, 102 nəfər isə qoca olub.

Ötən gecə ərzində İsrail hərbi təyyarələrinin Qəzzaya 60-dan çox hava zərbəsi endirdiyi bildirilir./apa/
963 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber